Sosial media fenomeni ailə vergi rekordu qırdı

Təbiət və düşərgə videoları ilə tanınan “Atik ailəsi”nin üzvü Burcu Atik 2025-ci il üzrə Bolunun vergi rekortmeni olub.

Sherg.az xəbər verir ki, 2025-ci il üzrə gəlir vergisi bəyannamələrinin nəticələrinə əsasən Boluda ən çox vergi ödəyən 50 şəxsin siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində 12 milyon 648 min 219 lirə vergi hesablanan Burcu Atik qərarlaşıb. Atik ailəsi sosial mediada təbiət və düşərgə videoları ilə geniş izləyici auditoriyası toplayıb.

Qeyd edək ki, Burcu Atik ötən il də Bolunun vergi rekordu sahibi olub.