
Şuşadan regional mesaj: Azərbaycan ECO-nun taleyinə yön verir
08:00 22.07.2025
İqtisadiyyat
328
3-cü Qlobal Şuşa Forumu çərçivəsində Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) inkişaf perspektivlərinə dair əhəmiyyətli fikirlər səsləndirib. Prezident çıxışında Azərbaycanın ECO-ya sədrliyi çərçivəsində bu təşkilata yeni dinamika qazandırmaq məqsədilə atdığı addımlardan bəhs edərək bildirdi ki, təşkilatın böyük potensialı mövcuddur və bu potensialın reallaşması üçün konkret təşəbbüslər irəli sürülüb. ECO-nun çox böyük potensialı olduğunu vurğulayan Cənab Prezident qeyd edib ki, Xankəndidə Zirvə görüşündə bu təsisata yeni bir ölçü gətirmək barədə söhbət aparılıb: “Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirilib. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq”.
Azərbaycanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşan bu proses ECO-nun institusional və funksional gücünü artırmağa xidmət etməklə yanaşı, həm də təşkilat daxilində çoxtərəfli əməkdaşlıq modelinin tətbiqinə mühüm töhfə verdi. Prezident İlham Əliyevin fikirlərindən aydın şəkildə görünür ki, Azərbaycanın məqsədi ECO-nu daha çevik, səmərəli və real əməkdaşlığa əsaslanan bir platformaya çevirməkdir. Qoşulmama Hərəkatında uğurlu və dinamik sədrliyi ilə beynəlxalq təşkilatçılıq sahəsində özünü artıq təsdiqləmiş Azərbaycan, həmin təcrübəni ECO müstəvisinə də tətbiq edərək təşkilatın fəaliyyətinə yeni nəfəs gətirməyə çalışır. Bu yanaşma həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın artan nüfuzunun və liderliyinin bariz nümunəsidir.
İqtisadçı-ekspert Eyyub Kərimli Sherg.az açıqlamasında bildirib ki, Xankəndində keçirilən 3-cü Qlobal Şuşa Media Forumunda çıxış edən Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının daha funksional və səmərəli regional quruma çevrilməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, təşkilatın üzv dövlətləri böyük iqtisadi və geosiyasi potensiala malikdir, lakin bu imkanlar tam reallaşmır:

“Prezident qeyd edib ki, bəzi ölkələr ikitərəfli əməkdaşlıqda fəal olsa da, ümumi – çoxtərəfli platformada passivdir. Diplomatik üslubda səsləndirilmiş bu fikir əsasən ECO-nun bəzi üzvlərinin təşkilatın təşəbbüslərinə zəif inteqrasiya olunmasına işarədir. Burada xüsusilə Əfqanıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan kimi ölkələrin nəzərdə tutulduğu ehtimal edilir”.
Azərbaycanın təklif etdiyi yol xəritəsinə diqqət çəkən ekspert bildirib ki, Prezident Əliyev sadəcə mövcud vəziyyəti təsvir etməklə kifayətlənmir, həm də ECO-nun gücləndirilməsi üçün konkret istiqamətlər təqdim edir:
“Çoxtərəfli yanaşmanın genişləndirilməsi təkcə ikitərəfli deyil, region ölkələrinin ortaq maraqlarına əsaslanan layihələrə fokuslanmaq mahiyyəti daşıyır. Azərbaycanın fəal sədrliyini ön plana çəkərək Bakı öz üzərinə təşəbbüskar və koordinasiyaedici rol götürərək layihələrin aktivləşdirilməsinə çalışır. Həmçinin nəqliyyat, enerji, gömrük və rəqəmsal sahələrdə real nəticəyə yönəlmiş ortaq layihələri təşviq edir. Prezidentin çağırışı, eyni zamanda Azərbaycanın ECO daxilində regional liderlik ambisiyalarının və təşkilatın canlandırılmasında fəal rol oynamaq istəyinin göstəricisidir. Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə bölgənin iqtisadi gələcəyi üçün də mühüm siqnaldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya