
Suyun maya dəyəri açıqlanmalıdır! – “Qeyri-şəffaf məqam..."
Yusif Nəzərli
11:24 13.03.2023
İqtisadiyyat
455
“İçməli su maya dəyərindən ucuz qiymətə satılır. Bu da “Azərsu” ASC-nin rentabelli işləməsinə maneə törədir”.
Bu barədə “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, gələcəkdə su tariflərinin artırılması ilə bağlı Tarif Şurası qərar verə bilər: “Lakin biz də bununla bağlı belə bir proqram hazırlayırıq ki, su qiymətlərinə yenidən baxılsın”.
Etibar Məmmədov əlavə edib ki, su təchizatı ilə bağlı hələ ki, hər hansı qorxu yoxdur: “Kürün quruması yox, suyunun azalması müşahidə olunur. Bu da qlobal iqlim dəyişmələri ilə bağlıdır.
Suyun qiymətinə gəlincə isə, bu qərarı hökumət verir. Azərbaycanda suyun tarifi digər ölkələrlə müqayisədə çox aşağıdır”.

Vəziyyətlə bağlı “Sherg.az” a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, hər bir vətəndaş suyun maya dəyərini bilməlidir. Onun sözlərinə görə, ilk nöbədə insanlar suyunda azala biləcəyini başa düşməlidirlər:
“Təəssüf ki bu istiqamətdə dövlət siyasətini həyata keçirən qurumların fəaliyyəti kifayət qədər şəffaf deyil. Bu da xroniki problemlərdən biridir. Bütün dövlət qurumlarında bənzər hallar müşahidə olunur. Belə durum suyun real maya dəyərinin ölçülməsi imkanlarını məhdudlaşdırır. İndeksasiya layihələri adı altında böyük vəsaitlər xərclənir. Bir mənbədən satın almalardan tutmuş bütün məqamlara rast gəlmək olar. Bu layihələrin auditi istiqamətində Hesablama Palatası da daxil olmaqla hər hansı ciddi qiymətləndirmənin və monitorinqin nəticələri ilə tanış olmaq olmur.
Bəzi imkanlar da yaradılmır ki, hansısa, formada qiymətləndirmələr aparılsın. İnsanları əsasən etiraza aparan məqamlardan biri də elə məhz budur. İnsanlar suyun qiymətini və maya dəyərini bilmirlər. Eyni zamanda dövlət xidmətlərinin və məhsullarının maya dəyərindən xəbərsizdirlər. İnsanlar əmindirlər ki, kifayət qədər qeyri-şəffaf məqamlar var. Bu isə məhsulun maya dəyərini artıran faktorlardan biridir”.
Ekspert hesab edir ki, səmərəsiz layihələndirmə və idarə etmə sadəcə vəsaitin yeyilməsindən irəli gəlmir:
“Həmin vəsaitlər faydasız layihələrə və texniki əsaslandırması zəif olan işlərə yönəldilib. Nəticədə gözlənilən effekt alınmır. Bu da başqa bir problemdir. Suyun indiki halda qiymətinin qaldırılması məqsədə müvafiq deyil. Bəzən fərqli ölkələrlə müqayisələr aparılır və nəticədə qiymətlərin yüksək olduğu bildirilir. Məsləhət olunan ədalətli müqayisə ondan ibarətdir ki, hər bir ölkənin ailə təsərrüfatı və hər bir fərdə düşən suyun dəyərini onun aylıq orta gəlirinə nisbəti qədərdir. Minimum əmək haqqına və pensiyaya olan nisbət müqayisə olunmalıdır. Yaxudda bəzi hallarda nəzərə alınmalı digər məqamlar var.
İnkişaf etmiş ölkələrdə bu sektorda xidmətləri və məhsulu ortaya çıxaran əmək qüvvəsinin qiyməti çox yuxarıdır. Azərbaycanda iqtisadi faktorlar əsasında maya dəyərini hesablamağa və müqayisə etməyə başlasaq, əmək qüvvəsi həmin ölkərə nisbətən qat-qat aşağıdır. Eyni zamanda suyun keyfiyyəti və onun təmin edilməsinə çəkilən xərclər də aşağıdır. İnkişaf etmiş ölkələrin çox ciddi standartları var. Bu standartlar çərçivəsin də suyun təmizlənməsi və başa gəlməsi xərcli bir prosesdir. Azərbaycanda bu varmı? Əmin deyiləm. Olsa da, buna demək olar ki, çox aşağı səviyyədə rast gəlinir.
Təbii resurslardan səmərəli istifadəsi, problemlərə yönələn davranışların qarşısının alınması ilə bağlı ictimai tələb, normalar və qanunvercilliyin tələbləri reallaşmaldır. Azərbaycanda bunların üzərindən keçilir. İkişaf etmiş ölkələrin təcrübəsində bu məqamlar kifayət qədər ciddi şəkildə diqqət mərkəzindədir.
Bu da məhsulun maya dəyərinə, yəni əhaliyə çatdırılan suyun qiymətinin artmasına gətirib çıxaran faktorlardan biridir. Ola bilsin ki, cəmiyyət həmin ölkələrdə hansısa formada suyu daha baha alır. Eyni zamanda bunun müqabilində kifayət qədər əlavə faydalar əldə etmiş olur”.
Ekspert sonda onu da qeyd edib ki, bütün bu məqamlar nəzərə alınmadan sadəcə nominal göstəricilərin müqayisəsinin aparılması çox qeyri-peşəkar yanaşmadır. Bu, ictimayyəti aldatmaq hesab edilə bilər”.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya