“Vergi əmanətin üstünə gələn faizdən tutulur” - Niyə narazısınız ki?
Yusif Nəzərli
10:51 10.03.2023
İqtisadiyyat
411
“Hər bir insan vergi verməlidir. 7 ildir ki, əmanətlər üzərindən vergi tutulmurdu”.
Bunu bank məsələləri üzrə ekspert,iqtisadçı Əkrəm Həsənov banklardakı depozitlərdən vergilərin tutulmasından danışarkən deyib. O qeyd edib ki, bütün vətəndaşlardan vergi tutulur:
“Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlət üçün müxtəlif funksiyaları daşıyıb. Müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara işləyənlərlərdən alınan vergilərlə köməklik göstərmək niyyətindədir. Əmanətçilərdən vergi də elə məhz bu səbəbə görə tutulur. Neçə ildir ki, onlardan vergi tutulmurdu .
Bu məsələyə bir qədər başqa yanaşmaq lazımdır. Hər bir kəs gəlirindən vergi ödəməlidir. Bir nəfər gedib banka əmanət qoyur və üstünə faiz gəlir.
Onlardan 10 faiz vergi tutulur. Həmin insanlara sual vermək istəyirəm ki, niyə narazısız ? Bəzi işləyən insanların gəlirlərindən 14 faiz vergi tutulur. Niyə işləyən insan əziyyət çəkib, alın təri ilə qazandığı gəlirindən vergi versin, sən əlavə pulunun üstünə gələn gəlir faizindən vergi verməyəsən.
Vergi dövlət aparatının saxlanılması üçün verilir. Bizi müdafiə edən polislərin maaşları həmin vergilər sayəsində ödənilir. Buna narazılıq edən insanlara xatırlatmaq istəyirəm ki, həmin polislər hər sahədə sizi və pul qoyduğunuz bankları mühafizə edirlər. Bəzən vətəndaşları bu yöndə çaşdırırlar. Elə bilirlər ki qoyulan puldan vergi tutulur . Vergi əmanətin üstünə gələn faizdən tutulur”.
Bankların kredit verməsinə və ordan da faiz tutulmasına gəlincə, ekpert diqqətə çatdırıb ki, onlardan da faiz tutulur:
“Banklar illik mənfəətlərindən 20 faiz vergi verirlər. Ümumən dövlətin qanun budur ki, vergi verilməlidir. Əksər insan vergidən azad oluna bilər. Gəliri və sosial təminatı az olan vətəndaşlar vergilərdən azad edilir”.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya