Xaricdə təhsil alanların qazanc yeri yoxdur
Yusif Nəzərli
00:22 10.03.2023
İqtisadiyyat
677
AZAL ən azı Türkiyə istiqamətinə bilet qiymətlərini endirməlidir
Xaricdə oxuyan tələbələrin biletlərin baha olması səbəbindən ölkəyə qayıda bilməməsi uzun müddətdir gündəmdə olan məsələdir. Pandemiya səbəbindən quru sərhədləri bağlı olduğu üçün xarici ölkələrə gediş-gəliş sadəcə hava nəqliyyatı ilə həyata keçirilir. İctimaiyyət üzvlərinin, valideynlərin çoxsaylı təkliflərinə rəğmən AZAL xaricdə oxuyan tələbələrə yol xərcində güzəşt etməyib.
Qeyd edək ki, dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin yol xərcini dövlət ödəyir. Amma bütün tələbələr xaricdə dövlət proqramı ilə təhsil almır axı. Türkiyədə baş verən zəlzələ zamanı azərbaycanlı tələbələrin tətil müddətində o ölkədə qalmasının əsas səbəbi kimi təyyarə biletlərinin baha olması göstərildi. Zəlzələdə həlak olan tələbələrin valideynləri də mətbuata açıqlamalarında təyyarə biletləri baha olduğundan tələbə övladlarının tətil müddətində Vətənə gələ bilmədiklərini söyləyib. Tətil müddətində bilet almağa maddi imkanı çatmayan tələbələrin nəşini isə onlar dağıntılar altında qalaraq həyatlarını itirdikdən sonra AZAL Vətənə pulsuz gətirdi.
Məsələnin aktuallığına diqqət çəkən millət vəkili Fazil Mustafa problemi yenidən Parlamentdə gündəmə gətirib: “Biz ötən dəfə də çıxışımızda Azərbaycan Hava Yollarının (AZAL) təyyarə qiymətlərinin azaldılması ilə bağlı məsələ qaldırmışdıq, amma hələ də nəticə yoxdur. Qiymət bahalığına görə tələbələrimiz tətilə gələ bilmədilər, zəlzələdə həyatlarını itirdilər”. Deputatın sözlərinə görə, AZAL bilet qiymətlərini özü istədiyi kimi müəyyənləşdirir: “Belə olan halda tələbələr əziyyət çəkir. Heç olmasa tələbələr üçün güzəştlər olmaldıır. Tələbələrin quru sərhəddən keçməsi üçün şərait yaradılmalıdır. Tələbələrimizin vəziyyəti çox acınacaqlı durumdadır. Bu vəziyyətdə Ombudsman nə edə bilər?”.
İqtisadçı-ekspert Asif İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, ölkəmizdə aviasərnişin daşımalarını həyata keçirən şirkətlərin bilet qiymətləri həddindən artıq bahadır. Gürcüstanla müqayisədə 4, Türkiyə ilə müqayisədə 2 dəfə fərq var.
Ekspertin sözlərinə görə, hər hansısa bir məhsulun baha olması onun maya dəyərinə çəkilən xərcin çoxluğu ilə bağlıdır:
“Aviabiletlərin baha olması isə paradoksdur. AZAL isə hər ili zərərlə bağladığı üçün dövlət tərəfindən dotasiya ayrılır, üstəlik, yanacaq pulunu belə dövlət ödəyir. Buna rəğmən AZAL zərərə işlədiyini qeyd edərək, bilet qiymətləri ilə bağlı heç bir güzəşt etmir”.
A.İbrahimov həmçinin deyib ki, bir çox ölkələrdə təyyarə biletlərinin qiymətində tələbələrə müəyyən güzəştlər tətbiq olunub. AZAL bu istiqamətdə müəyyən tədbirlər planı hazırlamalı və tələbələrlə bağlı hər hansısa tarif tətbiq olunmalıdır. Bu tarif AZAL-ın büdcəsinə elə də ciddi təsir etməyəcək.
Təhsil eksperti Kamran Əsədov da hesab edir ki, AZAL-ın qiymətlərinin baha olması tələbələrə çətinlik yaradır. Bu səbəbdən xaricdə təhsil alan tələbələrə bilet pullarında güzəştlər tətbiq edilməlidir:
“Dünya təcrübəsində bu var.
Xaricdə təhsil alan tələbə həm kirayə pulu verir, həm təhsil haqqı ödəyir, həm də yolpulu ödəyir. Bu da onun üçün müəyyən çətinliklər yaradır. Üstəlik, tələbələrin qazanc yeri yoxdur. Onlar xaricə təhsil üçün gedirlər. Biz də çalışmalıyıq ki, xaricə təhsil üçün gedən gənclərə dəstək olaq. AZAL ən azı Türkiyə istiqamətinə bilet qiymətlərini endirməlidir. Türkiyə hökuməti, “Türk Hava Yolları” zəlzələ baş vermiş ərazidə ciddi şəkildə qiymətlərdə endirim etdi. Hesab edirəm ki, “Azərbaycan Hava Yolları” da bu istiqamətdə mütləq şəkildə addım atmalı, qiymətləri ciddi şəkildə aşağı salmalıdır. Ən əsası isə quru sərhədlər mütləq açılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya