“"YAŞAT" xüsusi fəaliyyət istiqamətinə görə uğura imza atıb”
Yusif Nəzərli
13:01 24.06.2022
İqtisadiyyat
658
"Ölkədə kifayət qədər çoxlu sayda vətəndaşlarımız "YAŞAT Fondunun imkanlarından və dəstəyindən faydalana bilib”
2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsi ordumuzun sarılmaz gücü sayəsində Azərbaycanın qələbəsi ilə başa çatdı. 44 günlük Vətən savaşında qəhrəmancasına döyüşən məğrur igidlərimiz arasında şəhidlərimiz və qazilərimiz oldu. Prezident İlham Əliyevin fərmanı ilə 8 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “"YAŞAT" yaradılıb.
Fond iki il ərzindəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. Fonda daxil olan və xərclənən vəsaitlər barədə geniş məlumat verilib.
Qeyd olunub ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb. İcra üçün (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 21 848-dır. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə ümumilikdə 10 215 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra doğulan 102 şəhid övladı ilə bağlı Fond “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1000 AZN məbləğində maddi yardım edilib. Həmçinin şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin yaralılar olmaqla ümumilikdə 215 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri 254 637.99 AZN vəsait qarşılayıb.
Təhsil haqqı təmin edilən 94 şəxsin ödənişini Fond və onun təşəbbüsü ilə 72 şəxsin ödənişini isə təhsil müəssisələri təmin edib. Şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə 23 iyun 2022-ci il tarixinədək Dövlət Agentliyinin “YAŞAT” Fondu ilə iş şöbəsi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Türk Dünyası Bakı Atatürk Liseyi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Hədəf liseyi, Kaspi Tədris Mərkəzi, Evrika Liseyi və Dünya məktəbi arasında niyyət protokolu imzalanıb. Bununla yanaşı “Dərs evi” tədris mərkəzi, “İnnab Business School”, “SAT Group”, “Data Science Academy” və “Mars Academy” təlim-tədris mərkəzi ilə əməkdaşlıq yaradılıb.
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq, akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu birdəfəlik pul mükafatı - 2000 AZN ilə təsis edib. Cari günədək 47 şəxsə 2000 AZN vəsait köçürülüb.
"YAŞAT"ın yaydığı hesabat barədə fikirlərini "Sherg.az" bölüşən iqtisadçı-millət vəkili Vüqar Bayramov bildirib ki, Fond şəhid ailələrinin və Qarabağ qazilərinin sosial problemlərininin həllində xüsusi töhfəyə malik olan əhəmiyyətli qurumlardan biridir:
"Ölkədə kifayət qədər çoxlu sayda vətəndaşlarımız "YAŞAT Fondunun imkanlarından və dəstəyindən faydalana bilib. Verilən hesabat da aktiv şəkildə qurumun işini davam etdirdiyinin sübutudur. Həmçinin Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda da şəhid ailələri və qaziləri ilə yaxından maraqlanır.
Sosial təminat və digər istiqamətlərdə dəstəklər nümayiş etdirir. Hətta kreditlərin ödənilməsini də Fond təmin edib. İctimai vəsaitlər hesabına formalaşdırılan qurumun gördüyü işləri yüksək qiymətləndirmək lazımdır.
"YAŞAT" xüsusi fəaliyyət istiqamətinə görə uğura imza atıb. Gələcəkdə də Fondun imkanlarının genişlənməsi bu sahədə dəstəyin artmasına səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region
Şamaxıda yol qəzasında 4 nəfər xəsarət alıb
19:20 27.04.2026
Hadisə
Avropa Azərbaycanın strateji roluna ehtiyac duyur - ŞƏRH
19:08 27.04.2026
Gündəm
Abbas Əraqçı: Tehran ABŞ-nin danışıqlar təklifini nəzərdən keçirir
18:57 27.04.2026
Region
Xəstəxanaları kim idarə etməlidir? - RƏYLƏR
18:57 27.04.2026
Sağlamlıq
Türkiyənin Quru Qoşunları komandanı Azərbaycana gəlib
18:49 27.04.2026
Hərbi
Azərbaycanın Avropa üçün əhəmiyyəti artır - TƏHLİL
18:42 27.04.2026
Gündəm