Yeni fərdi yaşayış evlərə mülkiyyət hüququnun qeydiyyatı sadələşdirilir
09:57 23.07.2025
İqtisadiyyat
461
Sökülən həyətyanı ev tipli tikililərin yerində inşa olunan yeni fərdi yaşayış evləri üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mexanizmi sadələşdirilir.
Teleqraf xəbər verir ki, bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova birifinq zamanı məlumat verib.
Qurum rəsmisi qeyd etdi ki, təcrübə əsasımda müəyyən olunub ki, həm Bakı şəhəri, həm Abşeron rayonunda vətəndaşlarda həyətyanı evi tipli tikililərin sökülərən yerinə yeni fərdi yaşayış evlərinin tikilməsi tendensiyası mövcuddur:
“Onların əlində yalnız müvafiq icra həkimiyyəti orqanından yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı sərəncam layihələri var idi. Sözsüz ki, bu sənəd onlara həmin əmlak, torpaq üzərində hüquqları qeydiyyata aldırmaq imkanı vermirdi. Yeni düzəlişlərə əsasən, əgər vətəndaşın əlində 2004-cü ilin avqust ayınadək həmin evin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı sərəncam və həmin yaşayış evinin icra hakimiyyəti ilə razılaşdırılmış layihəsi mövcuddursa və torpaq sahəsinin ölçüsü göstərilibsə, bu sənədlərlə müraciət edilərsə həmin torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alına bilər.
Digər bir xüsusi məqam olan ibarətdir ki, biz müraciətlər zamanı gördük ki, vətəndaşlarda çox sayılı təsərrüfatbaşına kitablardan çıxarış yox, lakin belə çıxarışların verilməsinə dair arayışlar mövcuddur. Ona görə bu düzəliş olunaraq həm çıxarışlar, həm arayışlar artıq sənəd əsası kimi qəbul olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurub
18:42 19.10.2026
Hadisə
Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi
18:31 19.10.2026
Gündəm
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm