Kəskin respirator virus infeksiyaları artır
Yusif Nəzərli
07:03 18.10.2024
Sosial
526
Proses azyaşlılarda və immuniteti zəif insanlarda daha ağır gedir
Payız mövsümünün başlanmasıyla yuxarı tənəffüs yollarının iltihabı xəstəliyi artıb. Qızdırma, boğaz ağrısı, boğazda qıcıqlanma, burun axması, öskürək, halsızlıqla müşayiət olunan xəstəliyi daha ağır keçirənlər də olur. Xəstəlik bəzi insanlarda iştahsızlıq, ürəkbulanma, qusma, mədə-bağırsaq problemləri, hətta ishalla da müşayiət olunur. Nəticədə bu insanlar həddindən artıq halsızlaşır, zəifləyirlər. Məlumatlara görə, hazırda virus mənşəli infeksiyalar yayılıb. Adətən uşaqlar arasında daha çox rast gəlinən bu cür xəstəlik indi orta və yaşlı insanları da yaxalayır.
“Sherg.az"a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev qeyd etdi ki, bəli, hazırda virus infeksiyası var:
- Bu, rotovirusdur. Mədə-bağırsaqlarda iltihabi proses törədir. Və bu da ürəkbulanma, qusma, ishalla müşahidə olunur. Proses azyaşlılarda və immuniteti zəif insanlarda daha ağır gedir. Ən çox həssas olan qrup isə 3 yaşadək uşaqlardır. Onlarda proses xüsusilə ağır gedir, qızdırma ilə müşahidə oluna bilir. Yaşlı insanlar isə xəstəliyi nisbətən yüngül keçirə bilir. Onlarda proses adətən ishalla müşahidə olunur, qızdırma isə olmur. Ürək bulanması və iştahsızlıq da müşahidə oluna blər.
M.Əliyev bildirdi ki, hazırda payız-qış mövsümüdür və kəskin respirator virus infeksiyaları, qrip, koronavirus artmaqdadır:
- Bəzən koronavirusun və qripin bəzi simptomları arasında qarın işləməsi də ola bilir. Çünki viruslar bağırsaqlarda iltihabi proses yaradaraq diareya simptomu yarada bilirlər. Əhali arasında virus infeksiyalı xəstəliyin yaranmasına səbəb hazırda həm koronavirusun davam etməsi, həm də havaların soyuması ilə əlaqədar respirator infeksiyaların yayılmasıdır. Tövsiyəmiz budur ki, xəstə insanlar özlərini mümkün qədər təcrid etsinlər, kütləvi yerlərə getməkdən çəkinsinlər. Xəstəliyi ağır keçirənlər yaxşı olar ki, həkimə müraciət etsinlər, lazımi müalicə alsınlar. Evdə özbaşına müalicə fəsadlara yol aça bilər. Bizim insanlar özbaşına sistem qoşdurmağa meyillidirlər, aptekə gedir, əczaçılardan məsləhət alır, onlar da bəzi preparatları məsləhət görür, evdə sistem qoşdururlar, antibiotiklərdən istifadə edirlər. Həkim göstərişi olmadan bunları etmək təhlükəlidir. Xüsusən də azyaşlılara münasibətdə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol