Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub
Yusif Nəzərli
06:19 29.05.2025
Elm və Təhsil
463
Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında nəzərdə tutulan tapşırıqların icrası və elm, ali təhsil sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə 28–29 may tarixlərində Əndican şəhərində “Azərbaycan–Özbəkistan: Ali təhsildə əməkdaşlığın inkişafında prioritet istiqamətlər” mövzusunda Birinci Rektorlar Forumu keçirilib.
Bu barədə Sherg.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində təşkil olunub. Forumda hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
Forumun açılışında Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Şaxrux Daliyev və Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, forumun universitetlərarası tərəfdaşlıqların genişlənməsinə və birgə layihələrin təşviqinə töhfə verəcəyini bildiriblər.
Sessiyalar zamanı ikili diplom proqramlarının yaradılması, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və beynəlxalq reytinqlərdə irəliləyiş kimi mövzular müzakirə olunub.
Forum çərçivəsində Azərbaycan universitetləri (ADNSU, ADİU, ADU, ADPU, ADMİU, AzTU, AzMİU, ATU, BDU, BMU, BSU, LDU, MDU, NDU, QU, SDU) ilə Özbəkistanın aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədləri imzalanıb, yeni layihələrin əsasını qoyan razılaşmalar əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə