Belə hal hələ görünməmişdi: 68 yaşlı kişi dünya tibb ədəbiyyatına düşdü
08:45 30.05.2025
Maraqlı
413
Konyanın İlqın bölgəsində yaşayan 68 yaşlı Salih Gökçe nitq pozğunluğu şikayəti ilə Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanasının Təcili Xidmətinə gətirilib. İlkin müdaxilədən sonra Gökçenin insult keçirdiyi təsbit edilib və Səlcuq Universiteti Tibb Fakültəsi Xəstəxanası Nevrologiya Bölümü müəllimi, professor doktor Gökhan Özdemir tərəfindən qısa müddətdə angioqrafiya edilib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, xəstənin hər iki şah damarının tıxandığı müəyyən edilib və sürətli müdaxilə ilə hər iki tıxanmış damar açılıb. Müdaxilə geciksəydi, həyatı üçün təhlükəli vəziyyətlə üzləşə biləcək Gökçe xəstəxanada iki gün davam edən müalicədən sonra evə buraxılıb. Qan laxtasının çıxarılması əməliyyatını həyata keçirən G.Özdəmir bildirib ki, xəstə nitq pozğunluğu şikayəti ilə təcili xidmətə gətirilib. Analizlərdən sonra Gökçeni tez angioqrafiyaya apardıqlarını ifadə edən Özdemir, "Hər iki şah damarının (daxili karotid arteriya) tıxandığı bəlli olub. Bu, çox rast gəlinən bir vəziyyət deyil. İnsanlar yuxu arteriyasının tıxanması səbəbiylə insult ola bilər. Hər iki arteriya tıxandığında beyin qidalanması təmin edilə bilmədiyi üçün xəstələrdə saatlar içində ölüm baş verə bilir" - deyib. Gökçenin həyatı üçün təhlükə yaradan vəziyyətə görə zamanla yarışdıqlarını ifadə edən Özdemir bunları qeyd edib: "Bu xəstədə ilk olaraq sol şah damarını açdıq. Tez sağ tərəfə keçdik. Onu da açdıq. Hər iki şah damarını uğurla açıb xəstəmizi ambulator şəraitdə evə buraxdıq. Ədəbiyyatda iki şah damarının eyni vaxtda tıxanması ilə bağlı heç bir məlumat yoxdur.
Biz bu əməliyyatı etməklə ilk dəfə eyni anda iki karotid arteriya tıxanmasının müalicə oluna biləcəyini göstərdik”. Müdaxilədən sonra müayinə üçün xəstəxanaya gələn S.Gökçe həkimlərə təşəkkür edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mingəçevirdə 44 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
19:32 19.01.2026
Hadisə
İran bu həftə internetə çıxışı tam bərpa edəcək
19:23 19.01.2026
Region
Erməni Kilsəsinin episkoplar iclası Avstriyada keçiriləcək
19:01 19.01.2026
Cənubi Qafqaz
Bu tarixdə metro saat 1-ə kimi işləyəcək
18:53 19.01.2026
Cəmiyyət
“Ayntraxt”ın rəsmisi: “Bakıya qalib gəlmək üçün gedirik“
18:37 19.01.2026
Dünya
10 il axtarıldı, 1 kilometr aralıda tapıldı: Bin Ladenin son qalası
18:33 19.01.2026
Dünya
İranda 19 yaşlı futbolçu edam edilə bilər
18:26 19.01.2026
Dünya
“Dünya təhlükəli yola girib” - Səxavət Məmməd
18:18 19.01.2026
Dünya
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
18:13 19.01.2026
Gündəm
Türkmənistanın ÜTT-yə üzvlüyü üçün yol xəritəsi hazırlandı
18:04 19.01.2026
Dünya
Türkiyədə məşhur aparıcı həbs edilib
17:42 19.01.2026
Şou
İranda etirazçılar təslim olmağa çağırıldı
17:20 19.01.2026
Dünya
Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
17:14 19.01.2026
Hadisə
Pezeşkian mühafizəkar xəttə məcbur edilir - ŞƏRH
16:58 19.01.2026
Siyasət
Özbəkistan Prezidenti Donald Trampın təklini qəbul etdi
16:51 19.01.2026
Dünya