7 il əvvəl ölən adam dirildi...Və müsahibə verdi
10:20 06.08.2025
Maraqlı
436
"CNN International"ın Ağ Ev üzrə sabiq müxbiri Cim Akosta ictimaiyyəti şoka salan müsahibə hazırlayıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, "Acosta" proqramına 2018-ci ildə Floridada məktəbdə atışma zamanı həlak olan Xoakin Oliverin süni intellektlə canlandırılmış versiyasını dəvət edib. "Acosta"nın "qaçırmaq istəmədiyiniz bir şou" adlandıraraq təqdim etdiyi proqram qısa zamanda sərt tənqidlərə tuş gəlib. 17 yaşında dünyasını dəyişən Xoakin Parklanddakı "Marjory Stoneman Douglas" Liseyində baş verən atışmanın 17 qurbanından biridir. O, “Sevgililər günü”ndə sevgilisinə çiçək vermək üçün məktəbə gedib. Efirdə "Acosta" süni intellektlə canlanmış Xoakindən soruşur: "Sənə nə olub?" Xoakin monoton səslə cavab verir: "Narahatlığınız üçün təşəkkür edirəm. Məktəbdə yaşadığım silah zorakılığına görə bu dünyanı çox erkən tərk etdim". Hər kəs üçün daha təhlükəsiz gələcək yaratmaq üçün bu məsələlər haqqında danışmaq vacibdir. Bununla belə, izləyicilər süni intellektlə yaradılan fiqurun üz və ağız hərəkətlərinin çox süni olduğunu və nitqin dublyaj edildiyini qeyd edərək videonu uydurma adlandırıblar. Sosial mediada qəzəb artdıqca, bir çox istifadəçi "Acosta"nı günahlandırıb. "Bluesky" platformasındakı bir yazıda deyilir: "Müsahibə verə biləcəyiniz silahlı atışma şahidi bir çox məktəbli var. Əgər onlarla danışsanız, bu tamamilə uydurma sözlər əvəzinə onların əsl hisslərini öyrənərdik". Mübahisələrdən sonra "Acosta" videodakı süni intellekt fiqurunun Xoakinin ailəsi tərəfindən yaradıldığını və atası Manuel Oliverin onu müsahibəyə dəvət etdiyini açıqlayıb. "Acosta"nın dediyinə görə, ailəsi oğlunun səsini yenidən eşitməyin “xoşbəxtlik” olduğunu hiss edib. Atası Oliver, "Oğlumu geri qaytara bilmərəm, amma səsi ilə ümid yarada bilərəm", deyib. Süni intellektin etik sərhədlərini bir daha qaldıran bu yayım “nə qədər gedə bilər?” sualını gündəmə gətirib. Həm jurnalistikada, həm də texnologiya dünyasında.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat