İmamoğluna “təhqir” işi: İki il həbs və siyasi məhdudiyyət istənildi
Yusif Nəzərli
19:03 13.09.2025
Dünya
428
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Əkrəm İmamoğlu haqqında “təhqir” cinayətindən 2 il 4 aya qədər həbs cəzası ilə iş açılıb.
Sherg.az xəbər verir ki, Bakırköy Cumhuriyyət Baş Prokurorluğu tərəfindən hazırlanan ittiham aktında, 26 oktyabr 2024-cü ildə şikayətçi Serkan Şahinin Bakırköydə keçirilən SAHA EXPO Müdafiə, Hava və Kosmik Sənaye Sərgisi sahəsində gəzərkən təsadüfən təqsirləndirilən Əkrəm İmamoğlu ilə qarşılaşdığı qeyd olunub.
İttiham aktında, şikayətçi Şahin və təqsirləndirilən İmamoğlu arasında 3-5 metr məsafə olduğu zaman şikayətçinin digər birinə “Burada gəzirdi də, şəhid oldu əsgərimiz. İndi nə olacaq? Dünən isə Zeydanı öz məqamında qarşıladı.” dediyi, həmin zaman İmamoğlunun söylənənləri eşidərək şikayətçiyə “Sakitləş, vaxtı gələndə danışarıq. Sən siyasətə davam et, şirinim. Çirkin siyasətinə davam et, sən bayağı çirkinsən.” deyə cavab verməsi nəticəsində şikayətçi olduğu bildirilib.
İttiham aktında ifadəsinə yer verilən Əkrəm İmamoğlu söylədiyi sözlərin şikayətçinin şərəf və nüfuzuna xələl gətirəcək səviyyədə olmadığını müdafiə edib.
İmamoğlu bunun nəzakətsiz və kobud sözlər olduğunu iddia edərək, söylədiyi sözlərin şikayətçinin şəxsiyyətinə yox, hərəkətinə yönəldiyini bildirib.
İttiham aktında, başqa cinayətdən həbsdə olan Əkrəm İmamoğlu haqqında “təhqir” cinayətindən 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzası istənilib.
Bundan əlavə, İmamoğlu üçün Türkiyə Cinayət Məcəlləsinin (TCK) 53-cü maddəsi çərçivəsində siyasi məhdudiyyət tətbiqi tələb olunub.
İşin baxılması üçün Bakırköy 33-cü Asliye Cinayət Məhkəməsinə göndərilmiş ittiham aktı qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət