Ağıllı eynəklərin geniş yayılması ilə onların insanları gizlicə lentə almaq üçün istifadəsi ilə bağlı narahatlıqlar artır.
Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə qadınlara, gizli şəkildə çəkildiklərindən şübhələndikləri halda, yüksək səslə müəllif hüquqları ilə qorunan, xüsusilə Disney mahnısı səsləndirmələri tövsiyə olunur.
İddiaya görə, belə musiqi YouTube, TikTok və Instagram kimi platformaların avtomatik müəllif hüquqları sistemlərini işə salır. Lakin bu üsulun etibarlı olmadığı bildirilir. Çünki platformalar müəllif hüquqları pozuntusu müəyyən edilən videoları həmişə silmir, bəzi hallarda sadəcə səsi bloklayır və ya reklam gəlirlərini hüquq sahibinə yönləndirir.
Məlumata görə, ağıllı eynəklərlə qadınların razılığı olmadan çəkilməsi ilə bağlı müxtəlif ölkələrdə bir sıra hallar qeydə alınıb. Bu səbəbdən məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur.