Türkiyənin Manisa vilayətində sadə ailədə böyüyən Hicran Bozkurt çətin həyat şəraitindən beynəlxalq uğura uzanan yol keçib.

Sherg.az xəbər verir ki, uşaq yaşlarından anası ilə birlikdə tarlada çalışan Hicran universitet təhsilini Şimali Kiprdə alıb, eyni zamanda yaşlılara qulluq edərək xərclərini qarşılayıb. Daha sonra Dubaya gedərək daşınmaz əmlak sektorunda çalışıb və qazancının böyük hissəsini ailəsinə göndərib.

2025-ci ildə Türkiyəyə qayıdan gənc qadın anasının hazırladığı yarpaq dolması üçün yarpaq, tomat pastası, mürəbbə, zeytun yağı və tarhana kimi təbii məhsulları sosial şəbəkələr vasitəsilə satışa çıxarmağa başlayıb.
Qısa müddətdə böyük maraq görən məhsullar ailə biznesinə çevrilib. Hicranın sözlərinə görə, uğurlarının əsas sirri müştəri etimadı və keyfiyyətə verdikləri önəmdir.
“Həyatlarınızdakı çətinliklərə baxmayaraq, arzularınızdan vaz keçməyin”, - deyə o, gənclərə müraciət edib.