
Putinin gizli oğlu ilk dəfə görüntüləndi: “Rusiyanın ən tənha uşağı” - FOTO
10:47 22.04.2025
Maraqlı
648
Kreml əleyhdarı bir internet saytının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin gimnast sevgilisi Alina Kabayevadan olan 10 yaşındakı oğlu ilk dəfə görüntülənib.
Sherg.az xəbər verir ki, VChK-OGPU adlı Kreml əleyhdarı Telegram kanalı, təhlükəsizlik qüvvələri və xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu iddia etdiyi mənbəyə əsaslanaraq, “Rusiyanın ən gizli və yəqin ki, ən tənha uşağının fotosunu əldə etdik” başlıqlı xəbəri yayımlayıb.
Xəbərdə belə deyilir: “Bu şəxs İvan Vladimiroviç Putindir. Digər uşaqlarla demək olar ki, heç bir əlaqəsi yoxdur, bütün vaxtını mühafizəçilər, müəllimlər və tərbiyəçilərlə keçirir.”

Sayta görə, İvanın hazırda 4 yaşında olan və fotoda yer almayan kiçik qardaşı Vladimir də var.
Putin, özündən 30 yaş kiçik olan, 41 yaşlı Olimpiya qızıl medalçısı Alina Kabayeva ilə ailə qurduğunu heç vaxt rəsmən təsdiqləməyib.
Amma təxminən beş ay əvvəl gənc uşaqları ilə birlikdə nağıl filmləri izlədiyini dilə gətirmişdi.
Keçmiş gimnast və olimpiya çempionu Alina Kabayeva gözəlliyi və istedadı ilə bir vaxtlar Rusiyanın ən çox bəyənilən qadınlarından biri olub.
Kabayeva ilə Putin haqqında uzun illərdir münasibətləri olduğu, hətta gizli şəkildə evləndikləri barədə iddialar dolaşır.
Kabayeva ilə Putinin dörd uşağı olduğu da mətbuatda tez-tez səsləndirilir.
Putin və Kreml, gözqamaşdırıcı Kabayeva ilə münasibətlərini daim inkar etsə də, müstəqil rus jurnalistlər onların iki oğlu olduğunu ortaya çıxarıb.
Uşaqlar indiyədək heç vaxt ictimaiyyətə göstərilməyib və yüksək təhlükəsizlikli saray divarlarının arxasında gizli həyat yaşayırlar.
Putinin həmçinin böyük iki qızından nəvələri olduğu bilinir: 39 yaşlı Mariya Vorontsova və 38 yaşlı rok-n-roll rəqqasəsi Katerina Tixonova.
Putinin Ukraynaya başlatdığı müharibədən sonra Kabayeva və uşaqlarının İsveçrədə dağ evində gizləndiyi iddiaları beynəlxalq reaksiya doğurmuşdu.
Bu xəbərlərin ardınca İsveçrə vətəndaşları Kabayevanın ölkədən çıxarılaraq Rusiyaya geri göndərilməsi üçün imza kampaniyasına başlamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm