Türkiyənin Qaziantep şəhərindən olan şef Mahmut Dolmacı paxlavanın dünyada müxtəlif adlarla tanınmasından narahat olduğu üçün onun patentini alıb. Daha sonra 11 min 800 dilimdən ibarət nəhəng paxlava hazırlayaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Sherg.az xəbər verir ki, Dolmacı 7,5 metr uzunluğunda, 2,5 metr enində olan rekord ölçülü paxlavanı 7 saata hazırladıqlarını bildirib.

11 yaşından bu sənətlə məşğul olduğunu deyən şef dünyanın 65 ölkəsində çalışdığını, Türkiyə mətbəxinin xaricdə tanıdılması istiqamətində fəaliyyət göstərdiyini qeyd edib.
Dolmacı bildirib ki, Yunanıstan və digər ölkələrin paxlavaya sahib çıxması ilə bağlı müzakirələrdən sonra əvvəlcə paxlavanın patentini alıb, daha sonra isə dünyanın ən böyük paxlavasını hazırlayıb.

Şef 6 dünya rekordu və 3 Ginnes rekordu əldə etdiyini, həmçinin Moskvada dünyanın ən böyük dönərini hazırladığını söyləyib.
Dolmacı hazırda paxlavanı xarici ölkələrə ixrac etdiklərini və bunun onun üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.