“Rasim Ocaqov” təqaüdü bir tələbəyə verildi

Azərbaycan Kinematoqrafçılar İttifaqı (ARKİ) Xalq artisti, SSRİ və Azərbaycanın dövlət mükafatları laureatı, kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis edib.

İttifaqdan Lent.az -a bildirilib ki, xüsusi təqaüd yeni tədris ilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində operator sənəti ixtisası üzrə ödənişli təhsil alan tələbəyə verilib.

Görkəmli kinorejissorun adına olan təqaüdə ittifaqın İdarə Heyətinin qərarı ilə təhsildə və ictimai işlərdə fərqlənən, müxtəlif tədbirlərdə mükafatlar qazanan 4-cü kurs tələbəsi Nərgiz Yusifova layiq görülüb.