Prezident İlham Əliyev sərəncamına əsasən, xalq yazıçısı Mövlud Süleymanlı “Şərəf” ordeni ilə təltif edilib.
O, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə qiymətləndirilib.
Qeyd edək ki, nasir, dramaturq və ssenarist olan M.Süleymаnlı 1943-cü il mаrt аyının 18-də anadan olub.
O, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. M.Süleymanlı 2003-cü ildə Əməkdаr incəsənət хаdimi, 2006-cı ildə isə Аzərbаycаnın Xаlq yаzıçısı adına layiq görülüb.
"Sherg.az" kollektivi adından xalq yazıçsını təbrik etmək üçün onunla əlaqə saxladıq:
"Diqqətiniz üçün təşəkkür edirəm. Belə halda sadəcə sevinmək mümkündür. Başqa nə demək olar ki?! Hörmət edənlərə, diqqət göstərənlərə çox sağ olun deyirəm.
Səhhətimdə azacıq problem var. Özümü gözləməmişəm, bir az şəkər xəstəliyi yaranıb, keçib gedər".