Sərvər Şirinovun faliyyəti, əməyi göz qabağındadır

Mədəniyyət inkişaf deməkdir.  Hər bir ölkənin inkişafı onun mədəniyyəti və təhsili ilə bağlıdır.

 Ölkəmizdə digər sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də,  geniş imkanlar yaranıb. Sherg.az xəbər verir ki, mədəniyyətimizi bölgələrdə təbliğ edən fədailər var ki onladan biri də  Sərvər Şirinovdu. O, bir çox tədbirləri özünə məxsus tərzdə tamaşaçılara çatdıran şəxslərdən biridir.    
 İmişli rayon Mədəniyyət Mərkəzinin direktoru  Şirinov Sərvər Mərkəz oğlu uzun müddətdir ki, rayonumuzda bu sahədə çalışır. O,  Azərbyacan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Sərvər Şirinov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun struktruna daxil olan Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə yaxından iştirak eir. Belə ki  Mədəniyyət Nazirliyi tərəfindən 2018-2019- cu illərdə  “Bölgələrdən bölgələrə ” lahiyəsi çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarında , o cümlədən Sabirabad, Naftalan,  Göygöl , Balakən, Ağstafa, Kürdəmir, Beyləqan, Gəncə  və Şəki şəhərlərində  təşkil olunan tədbirlərdə geniş tamaşaçı  maraqlı çıxışlar edib.  Klassik şairimiz Molla Pənah Vaqifin anadan olmasının  300 illiyi ilə əlaqədar Sərvər Şirinov  rayonun  mədəniyyət işçilərinin  iştirakı ilə birgə hazırlanmış şairin qəzəllərindən  ibarət    “Xəyalını xəyalıma saz eylə” adlı teatrlaşdırılmış gecə  yaddaşlardan silinməyəcək.  Onun yaratdıqları obrazların sayı hesabı yoxdu. Beləki  , onun ifasında  Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi yubileyinin  qeyd olunması ilə bağlı  “Gərçi bu gün Nəsimiyəm” adlı kompozisiya ilə  bir sıra mədəniyyət ocaqlarında Nəsimi obarzı   2021-ci il  “Nizami İli ” elan olunması ilə bağlı olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Xəmsə yolu ” layihəsi çərçivəsi üzrə dahi Azərbaycan şairi Nizami Gəncəvinin poemaları əsasında ssenariləşdirilmiş “Ey söz dünyasına hakim Nizami ” adlı tamaşası rəğbətlə qarşılanmışdı. 

 Azərbaycan xalqının  tarixi,  əbədi torpaqlarının  və Qarabağımızın incisi olan Şuşa şəhərinin müzəffər  ordumuz tərəfindən    düşmədən azad edilməsi və  Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 05 yanvar   2022- ci il tarixli  Sərəncamına əsasən 2022- ci ili  “Şuşa İli” elan etməsi biz mədəniyyət işçilərinidə  çox sevindirdi. Bununla bağlı olaraq Sərvər Şirinov “ Şuşa İli “ ilə əlaqədar olaraq rayonun kənd və qəsəbələrində Şuşa şəhərinin azad edilməsi və zəfər qələbəmizlə bağlı rəngarəng proqramlar hazırlayır. 
 Sərvər Şirinovun faliyyəti, əməyi göz qabağındadır. Inanıriq ki, onun da əməyini Mədəniyyət Nazirliyi qiymətləndirəcək. 

Hasil Tağıyev, Qaydış İB-nin sədri