ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin ABŞ-nin sahil bölgəsində neft və qaz hasilatını qadağan edən qərarını ləğv edəcəyinə söz verib.
APA xəbər verir ki, Tramp bunu “Salem News Channel”ə müsahibəsində deyib.
“Bu absurddur. Mən bu qadağanı dərhal aradan qaldıracağam. Bizdə heç kimdə olmayan həcmdə neft və qaz var və biz ondan istifadə edəcəyik. Bu, bizim ən böyük iqtisadi sərvətimizdir və belə bir qərarla ölkəmizi məhv etməyə imkan verməyəcəyik”, - Tramp vurğulayıb.