Kanadanın baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.
APA xəbər verir ki, baş nazir bu haqda öz “X” hesabında yazıb
“Kanadanın Birləşmiş Ştatların tərkibinə daxil olması şansı zərrə qədər də yoxdur” deyən baş nazir hər iki xalqın öz ölkələrinin bir-birinin ən böyük ticarət və təhlükəsizlik tərəfdaşı olmasından faydalandığını bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bir çox kanadalılar öz ölkəsinin ABŞ-ın 51-ci ştatı olmasını dəstəklədiyini deyib.
Tramp hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.