Serbiya Aİ-yə üzvlük məqsədinə əvvəlkindən daha çox sadiq olacaq.
APA “Tanjug” agentliyinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşdə bildirib.
Serbiya liderinin sözlərinə görə, tərəflər ilk növbədə Serbiyanın Aİ-yə gedən strateji yolunu müzakirə ediblər.