Abşeronda yaşayış evində qadın meyiti tapılıb

Abşeronda yaşayış evində qadın meyiti tapılıb.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsi “Üzümlük” yaşayış massivində yerləşən fərdi evlərin birində qeydə alınıb.


1961-ci il təvəllüdlü Validə Əbülfəz qızı Məstiyevanın meyiti yaşadığı evdə öz yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.