Türk Nevroloji Dərnəyinin sədr müavini, professor İbrahim Öztura bildirib ki, müalicə olunmayan yuxu pozğunluqları beyin funksiyalarına mənfi təsir göstərir və xüsusilə yuxu apnesi gələcəkdə nevroloji xəstəliklər üçün ciddi risk yaradır.
Sherg.az xəbər verir ki, Özturanın sözlərinə görə, xroniki yuxusuzluq sadə narahatlıq deyil, müalicə tələb edən real xəstəlikdir. Yuxu çatışmazlığı zehni qabiliyyətin azalmasına, iş və məktəb fəaliyyətinin zəifləməsinə səbəb olur.
Professor Öztura qeyd edib ki, yuxu apnesi zamanı gecə oksigen səviyyəsinin düşməsi təkcə bədəni deyil, beyin və idrak funksiyalarını da zədələyir. Mütəxəssis yuxu problemləri olan şəxslərə vaxtında həkimə müraciət etməyi və dərmanlardan nəzarətsiz istifadə etməməyi tövsiyə edib.