ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Rusiya və Ukraynanı münaqişənin nizamlanması ilə bağlı kompromisə yaxınlaşdıra bilər.
Sherg.az xəbər verir ki, Rubionun sözlərinə görə, bu razılaşma artıq cari həftə ərzində də mümkün ola bilər.
Mətbuat konfransında çıxış edən Rubio qeyd edib ki, ABŞ həm Rusiyanın, həm də Ukraynanın mövqelərini anlamağa çalışır və ortaq nöqtələri tapmaq istiqamətində intensiv iş aparılır. O vurğulayıb ki, danışıqlar prosesi fasiləsiz davam edir.
Rubio əlavə edib ki, ABŞ-ın danışıqlarda iştirakını davam etdirib-etdirməmək barədə yekun qərarı yalnız Prezident Donald Tramp verir.