AB Ukraynaya öz büdcəsindən 90 milyard avro kredit ayıracaq

Avropa İttifaqı (Aİ) Ukraynanın 2026–2027-ci illər üçün maliyyə ehtiyaclarının qarşılanması məqsədilə Kiyevə 90 milyard avro məbləğində kredit ayırmaq barədə razılığa gəlib. Kredit dondurulmuş Rusiya aktivləri hesabına deyil, birbaşa Aİ büdcəsi və birgə borclanma yolu ilə təmin olunacaq.

Sherg.az xəbər verir ki, Aİ Şurasının sədri Antonio Koşta bildirib ki, bu vəsait Ukraynanın təcili maliyyə ehtiyaclarını ödəyəcək və kredit yalnız Rusiyanın mümkün təzminat ödəməsindən sonra geri qaytarılacaq. Razılaşma Brüsseldə keçirilən sammitdə əldə olunub.

Qərar Aİ daxilində qarışıq reaksiyalar doğurub. Almaniya hökuməti bunu Moskvaya açıq mesaj kimi dəyərləndirərkən, bəzi üzv ölkələr maliyyə öhdəliklərinə qoşulmayıb. Rusiya Prezidenti Vladimir Putin isə qərarın Aİ ölkələrinin maliyyə yükünü artıracağını bəyan edib.