KİV: ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin bir ay sonra vəzifəsini tərk edəcək.

APA-nın məlumatına görə, bu barədə “İravunk” qəzeti xəbər yayıb.

Bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlanmasıdır.

K.Kuinin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.