40 yaşlı kişi qulaq ağrısından 3 saat sonra öldü - FOTOLAR

Qulaq ağrısından şikayət edən 40 yaşlı Pit Hayns 3 saat sonra dünyasını dəyişib. Məlum olub ki, bədbəxt adam “meningit” adlı ölümcül bakterial infeksiyaya yoluxub.
Hayns ani qulaq ağrısından sonra dincəlmək üçün yataq otağına gedib və qəfil yerə yıxılıb. Təcili yardımla xəstəxanaya aparılan 3 uşaq atasına müayinələrdən sonra meningit diaqnozu qoyulub.

 
Sherg.az  "Mirror"a istinadən xəbər verir ki, həkimlər bədbəxt adamı xilas etmək üçün bütün lazımi müdaxilələri etsə də, Haynes həyata davam gətirə bilməyib.

 Menenjit zəif immun sistemi olan insanları hədəf alır və daha çox uşaqlarda, körpələrdə və gənclərdə rast gəlinir.

Bakterial meningitin simptomlarına qəfil hərarət, şiddətli baş ağrısı, ürəkbulanma və qusma daxildir.

 Bir çox insanlar bu əlamətləri qrip və ya mədə problemləri ilə səhv salsalar da, infeksiya sürətlə yayılaraq sepsisə çevrilə bilər. Sepsis, infeksiyaya qarşı güclü immun reaksiya nəticəsində bədənin öz orqanlarının hücuma məruz qalması kimi müəyyən edilir.

Menenjit üçün risk faktorlarına sinus infeksiyaları və kəllə-beyin travması da aid edilə bilər.

Menenjit olduğunuzdan narahatsınızsa, ən yaxşısı mümkün qədər tez həkimə müraciət edin.