Moskva və Vaşinqton “Şimal axını” məsələsini müzakirə edir.
APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin "Pervıy" kanalına müsahibəsində deyib.
“İndi təbii ki, fikir ayrılıqları var. Bəs Avropanın normal enerji təchizatının bərpasında maraq yalnız ABŞ və Rusiyanın marağıdırmı? “Şimal axını” mövzusu müzakirə olunur. Amerikalılar Avropaya öz təsirlərindən istifadə edib, Rusiya qazından imtina etməməyə məcbur etsələr, yəqin ki, maraqlı olar. Amma bu, artıq bir növ sürrealizmdir”, - nazir qeyd edib.