Rusiya - Ukrayna müharibəsi altı aya bitə bilər - Tramp

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.

"Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib.

Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.