Şolts Trampın son bəyanatlarını pisləyib: Sərhədlər toxunulmazdır!

Almaniya kansleri Olaf Şolts Trampın Qrenlandiya ilə bağlı bəyənatlarını pisləyib.

"Sherg.az" Reuters-ə istinadən xəbər verir ki, yanvarın 8-də bir sıra Avropa dövlət və hökumət başçıları, eləcə də Avropa Şurasının prezidenti Antonio Kosta ilə danışan Şolts Trampın Qrenlandiya ilə bağlı son bəyanatları fonunda sərhədlərdə hər hansı məcburi dəyişikliklərə qarşı xəbərdarlıq edib.

"Sərhədlərin toxunulmazlığı prinsipi istər şərqimizdən, istərsə də qərbimizdən asılı olmayaraq, hər bir ölkəyə şamil edilir. Böyüklüyündən və gücündən asılı olmayaraq hər bir xalq bu prinsipə əməl etməlidir", - Almaniya kansleri bildirib.