Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkün vəfatının 88-ci ili ilə bağlı keçirilən anım mərasimində deyib.

“Öz xəyallarında yaratdıqları Mustafa Kamal obrazı vasitəsilə xalqla Cümhuriyyət arasında uçurum yaratdılar. Biz isə həm Cümhuriyyətin nailiyyətlərinə, həm də minillik tariximizə sahib çıxaraq, hər səhifəsi şöhrət və şərəflə dolu bütün keçmişimizi qucaqladıq, öz irsindən imtina edənlərin açdığı yaraları sağaltmağa çalışdıq. Qazi Mustafa Kamalın “kimsəsizlərin kimsəsi" kimi tərif etdiyi Cümhuriyyəti yenidən xalqla qovuşdurduq", – Ərdoğan əlavə edib.