Tanınmış tarixçi alim Güntəkin Nəcəfli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
Bu barədə Modern.az-a açıqlamasında tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.
Onlar bildiriblər: "Güntəkin Nəcəfli erməni yalanlarının ifşasında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2012-ci il 25 may tarixli Sərəncamı ilə o, Dövlət Mükafatına layiq görülüb. 2024-cü ildə AMEA-nın Tarix və Etnologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında "Çar Rusiyası və ermənilərin Azərbaycan torpaqlarında dövlət yaratmaq fəaliyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun elmi məsləhətçisi görkəmli tarixçimiz Yaqub Mahmudovdur. Həm Yaqub müəllimi, həm də Güntəkin xanımı təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!"