ABŞ-nin yeni prezidenti Donald Tramp bir daha Qrenlandiyanın Birləşmiş Ştatları birləşməsi üçün Danimarkaya çağırış edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.
“Bizə milli təhlükəsizlik məqsədləri üçün Qrenlandiya lazımdır. Bunu mənə namizədliyini irəli sürməzdən xeyli əvvəl demişdilər. Əgər belədirsə, o zaman onlar Qrenlandiyadan imtina etməlidirlər, çünki bizim azad dünyanı qorumaq üçün ona ehtiyacımız var”, - Tramp deyib.
Trampın sözlərinə görə, adada təxminən 45 min insan yaşayır, onların özləri də Danimarkanın əraziyə qanuni olaraq sahiblik etmək hüququna malik olub-olmadığını bilmirlər. O, Rusiya və Çinin Arktika regionunda təsirini artırdığını vurğulayıb. Seçilmiş lider əlavə edib ki, Rusiya və Çin gəmiləri hər yerdədir.