ABŞ-nin Ukraynaya böyük yardımının məbləği bəlli oldu

ABŞ Prezidenti Co Baydenin administrasiyası yaxın vaxtlarda Ukraynaya 500 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin çatdırılmasını elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Associated Press” iki mənbəyə istinadən məlumat yayıb.

Pentaqonun yüksək rütbəli rəsmisi bildirib ki, məqsəd silahların yanvarın sonuna qədər Ukraynaya təhvil verilməsidir.

Qeyd edək ki, ötən gün Co Bayden administrasiyasının Ukraynaya böyük yekun yardım paketi elan etmək niyyətində olduğu barədə məlumat vermişdik.