ABŞ rəsmiləri Dəməşqdə sanksiyaların yumşaldılmasını müzakirə edib

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə bu ölkəyə qarşı sanksiyaların yumşaldılması məsələsini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Nümayəndə heyətinə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının nümayəndələri daxil olub. Amerika rəsmiləri Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilə görüşüb.

Nümayəndə heyəti sanksiyaların aradan qaldırılması məsələsinə əlavə olaraq Suriya rəsmiləri ilə təhlükəsizlik vəziyyətini və yeni hakimiyyət orqanlarının terrorla mübarizə üçün göstərdiyi səyləri müzakirə edib.