Türkiyə Silahlı Qüvvələri terror qruplaşmaları silahlarını yerə qoymadığı halda Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Əlavə olunub ki, Türkiyə Silahlı Qüvvələri Tişrin bəndi kimi strateji infrastrukturlardan istifadə edərək PKK/YPG/SDG terror təşkilatlarının bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaqda da qərarlıdır.