Sərxoş sərnişin təyyarədə hər kəsə vahimə yaşatdı

Rusiyada Nijnekamsk-Moskva reysi ilə uçan sərnişin əl yükündə iki bomba olduğunu bildirib.

Teleqraf.com "Mash"a istinadən xəbər verir ki, kişi daha sonra yanındakı qadın sərnişinə bıçaqla hücum edib.

Sonradan məlum olub ki, kişi sərxoşdur. Onun hücum etdiyi qadın heç bir xəsarət almayıb.

Axtarışlar nəticəsində təyyarəndə partlayıcı qurğu aşkar edilməyib.