Netanyahunun ofisi girovların mübadiləsi üçün vasitəçilərlə əlaqə saxlayıb

İsrail yaxın zamanda girovların mübadiləsi ilə bağlı sazişi bağlamağa ümid edir və bu məsələdə vasitəçilərlə əlaqə saxlayır.

APA xəbər verir ki, bu haqda ölkənin Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada deyilir.

“İsrail mübadilə müqaviləsi bağlamaq ümidi ilə vasitəçilərlə daim əlaqə saxlayır. Müşavir Dmitri Gendelman Qətərdə danışıqların yaxın zamanlarda bərpa oluna biləcəyini deyib", - açıqlamada deyilir.

Razılaşmaya həmçinin qaçırılan İsrail vətəndaşlarının İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi də daxildir.