Bu il Bakı metrosuna yeni nəsil 20 vaqon gətirilməsi planlaşdırılır

Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, ötən illərdə Bakıda 7 metrostansiya, 1 ədəd depo inşa edilərək istifadəyə verilib:

"Eyni zamanda Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır. Dəmir yolu sahəsində də işlər görülüb. İnşa edilən dəmir yollarının uzunluğu və modernizasiya olunan xətlər 1500 kilometri ötüb".