ABŞ İrana hücuma keçməlidir - Trampın müşaviri

ABŞ həddən artıq müdafiə xarakterli davranıb, Çin və İranla qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

Uolts həmçinin “İbrahim Paktı”nı genişləndirmək variantlarından danışb, İrana qarşı maksimum təzyiq strategiyasını canlandırmağı təklif edib.