Yerli KİV-də yanvarın 20-dən sonrakı iki gün ərzində Bakıda və ətraf ərazilərdə qar yağacağı, temperaturun kəskin enəcəyi ilə bağlı xəbərlər yayılıb.
Bu barədə Millli Hidrometeorologiya Xidmətindən bildirilib ki, deyilən tarixə 10 gün qalıb və bununla bağlı qurum tərəfindən məlumat yayılacaq.
“Bizdə hələki növbəti 2-3 günün hava proqnozu ilə bağlı məlumatlar mövcuddur. Qarın yağması, hava şəraitinin dəyişməsi ilə bağlı məlumatlar olduqda informasiya veriləcək”, - deyə xidmətin mətbuat katibi qeyd edib.