Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlara elmi dərəcələr üzrə əlavələr ödəniləcək

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
Sherg.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir