ABŞ Maliyyə Nazirliyi Rusiya Futbol İttifaqının ( RFU ) prezidenti Aleksandr Dyukova qarşı sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bundan başqa ABŞ-nin yeni sanksiyalarının yanvarın 10-da açıqlanması gözlənilir. Yeni sanksiyaların “Qazpromneft” və “Surqutneftqaz”a təsir edəcəyini iddia edilir.