Psixopatları başa düşməyin ən asan yolu: Əksəriyyəti subay olur

 Daha çox emosional məsafə, manipulyasiya, aqressiya və empatiya əskikliyi ilə özünü göstərən psixopatiya günümüzün ümumi şəxsiyyət pozğunluqları arasındadır. 
Sherg.az xəbər verir ki, Torino Universitetində aparılan yeni bir araşdırma psixopatik şəxslərdə görünən az bilinən bir simptomu ortaya çıxarıb. Alimlərin fikrincə, psixopatların əksəriyyəti subay həyata üstünlük verir.

Psixopatları müəyyən etmək üçün əvvəlki araşdırmalar göstərirdi ki, bu insanlar xarizmatik şəxsiyyət xüsusiyyətləri ilə seçilir və həddindən artıq özünə inamla bağlı problemlər yaşayırlar.

Psixopatik insanın zahiri davranışı, özünü başqalarından üstün gördüklərinə dair müxtəlif ipuçları verə bilər. Ancaq yeni bir araşdırma bu davranış nümunələrinə yenisini əlavə etdi.

İtaliyanın Tprino Universitetində aparılan  araşdırma belə nəticəyə gəlib ki, psixopatlar romantik münasibətləri davam etdirə bilmirlər və buna görə də subay qalmağa meyllidirlər.

 Psixopatiya, narsisizm və makiavelizmin birləşməsindən ibarət olan “Qaranlıq üçlük” xüsusiyyətləri 1101 nəfərdə araşdırılıb.

Nəticələr göstərdi ki, subay insanlar daha yüksək psixopatiya skorlarına malikdir. Belə fərdlər başlanğıcda əlaqələr qurmaqda çətinlik çəkməsələr də, uzun müddətdə möhkəm və sağlam bağlar qurmaqda çətinlik çəkirlər.

Araşdırma kişilərin qadınlardan daha çox bu xüsusiyyətə sahib olduğunu və insanın sevgiyə baxışının onların münasibətləri başlatma və davam etdirmə qabiliyyətinə böyük təsir göstərdiyini göstərdi.

Mütəxəssislər deyirlər ki, bir çox insanlar bu problemi bağlılıq problemləri ilə qarışdırır, ona görə də psixopatları başa düşmək çətin olur.

Ancaq bu vəziyyətin hər bir insana aid olmadığını bilmək lazımdır. Bir insanın dərin bağlar yaratmaqda çətinlik çəkməsinin psixopatiyadan başqa bir çox səbəbi ola bilər. Bunlara məşğul həyat tempi, etibar problemləri və uşaqlıqdan gələn bəzi travmalar daxildir.