Suriya məsələsində Trampa etibar etmək olmaz - RƏY
Yusif Nəzərli
01:47 10.01.2025
Siyasət
462
Ankara andiçmə mərasiminə qədər PKK-nı sıxışdırmağa və terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq
ABŞ administrasiyası Türkiyənin Suriyada kürd silahlı qüvvələrinə qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsini istəmir və bu ssenarinin qarşısını almağa çalışır. Bunu ABŞ Dövlət katibi Antoni Blinken Parisdə Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib. O, ABŞ-nin PKK ilə bağlı narahatlığını həll etmək üçün Türkiyə ilə çox sıx əməkdaşlıq etdiyinə işarə edib:
"Bu, müəyyən vaxt aparacaq bir prosesdir. Bu arada Suriyada müsbət hadisələr baş verir və münaqişə buna mane ola bilər. Bunun baş verməməsi üçün çox çalışdıq. Və biz bunu davam etdirəcəyik. Mən əminəm ki, yeni administrasiya da bunu edəcək. Buna görə də biz müttəfiqlərimizlə, əlbəttə ki, PKK və terrorla bağlı çox əsaslı narahatlıqları olan Türkiyədəki tərəfdaşlarımızla çox sıx işləyirik".
Politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyə Suriyada PKK varlığına son qoymağa çalışır və regional şərait məsələnin qısa müddətdə həllinə şərait yaradır. Onun sözlərinə görə, ABŞ-nin yeni Prezidenti Donald Tramp son açıqlamasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tərifləsə də, amerikalı hərbçilərin Suriyanı tərk etməsi məsələsində birmənalı fikir bildirməyib, hərbçilərlə məsləhətləşəcəyinə işarə edib:
"Bu o deməkdir ki, Tramp Ağ Evə yerləşdikdən sonra amerikalı hərbçilərin Suriyanı tərk edib-etməməsi məsələsində Pentaqonun rəyinə əsaslanacaq. Pentaqon generalları isə İŞİD-lə mübarizə adı altında Suriyadakı PKK\YPG terrorçularına dəstəyin davam etdirilməsinin tərəfdarıdırlar. Yəni Suriya məsələsində Trampa etibar etmək olmaz. Ona görə də Ankara Trampın andiçmə mərasiminə qədər PKK-nı Suriya ərazisindən sıxışdırmağa və bununla terrorçuların manevr imkanlarını məhdudlaşdırmağa çalışacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm