Almaniya kansleri Olaf Şolts xarici işlər və müdafiə nazirləri Annalena Berbok və Boris Pistorius tərəfindən dəstəklənən Ukraynaya 3 milyard avroluq əlavə hərbi yardım paketinin ayrılmasına mane olur.
APA xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istəyirlər.
Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, Patriot üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar.
Bununla belə, Almaniya kansleri qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib.
2025-ci ilin büdcəsində bu məqsədlər üçün təqribən 4 milyard avro vəsait nəzərdə tutulub.