"Slovakiya Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasına cavab olaraq tədbirlər görəcək" .
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fitso deyib.
"Slovakiyanın Ukraynaya qarşı tədbirləri humanitar yardımın dayandırılmasını da əhatə edə bilər" - nazir deyib.
Fiko qeyd edib ki, ölkə Ukraynada münaqişənin gərginləşməsində maraqlı deyil, lakin problem həll olunmasa, Slovakiya Ukraynaya təcili elektrik enerjisi tədarükünü dayandırmaq məcburiyyətində qalacaq.