Koşta: Aİ Azərbaycanın mövqeyini dəstəkləyir

Avropa İttifaqı təyyarə qəzasının hərtərəfli araşdırılması ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Sherg.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb. Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.