NATO Baş katibi Mark Rutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
APA xəbər verir ki, bu barədə alyansın Baş katibi Mark Rutte “X” hesabında yazıb.
“Zelenskini bu dəfə Ramşteyndə görmək həmişə xoşdur. Siz özünüzü müdafiə etdiyiniz və hamımızın əziz tutduğu azadlıq uğrunda yorulmadan mübarizə apardığınız bir vaxtda NATO Ukraynaya dəstəyimizi davam etdirməyə sadiqdir”.